Haqqımda
Uzm. Dr. Vüsalə Kazımova | Cərrah, Mama-Ginekoloq
Tərcümeyi-hal
Mən, Vüsalə Kazımova, Azərbaycan əsilli mama-ginekoloq və cərraham. Tibb sahəsinə olan həvəsim məni Türkiyənin ən güclü tibb universitetlərindən birinə, Kayseri şəhərindəki Erciyes Universitetinə apardı. Burada 2021-ci ildən 2025-ci ilə qədər mamalıq və ginekologiya üzrə dərin ixtisaslaşma təhsili aldım.
Dörd illik intensiv rezidentura müddətində yüzlərlə normal doğuş və sezaryen əməliyyatı icra etdim, mürəkkəb ginekoloji cərrahi müdaxilələrdə iştirak etdim, elmi tədqiqatlar apardım və dissertasiya müdafiə etdim.
Hazırda Bakıda, German Hospital klinikasında fəaliyyət göstərirəm. Qadın sağlamlığının bütün aspektləri, hamiləliyin planlanmasından ginekoloji əməliyyatlara, prenatal diaqnostikadan estetik ginekologiyaya qədər geniş sahələrdə xidmət təqdim edirəm.
Təhsil və Peşəkar Yol
Tibb fakültəsi məzunu
Tibb Universiteti
Mamalıq və Ginekologiya üzrə İxtisaslaşma
Erciyes Universiteti, Kayseri, Türkiyə
Uzmanlıq diplomu, dissertasiya müdafiəsi
Erciyes Universiteti
Mama-Ginekoloq, Cərrah
German Hospital, Bakı
Cərrahi Təcrübə
Əlavə Təlimlər və Sertifikatlar
Peşəkar Yanaşma Fəlsəfəm
Hər bir qadın fərqlidir. Bədən quruluşu, hormonal balansı, həyat şəraiti və gözləntiləri. Buna görə mən hər pasiyentimə fərdi yanaşma tətbiq edirəm. Müayinədən müalicəyə, əməliyyatdan sonrakı izləməyə qədər hər mərhələdə şəffaf ünsiyyət, dəqiq diaqnostika və ən müasir tibbi standartlara əsaslanan müalicə planı təqdim edirəm.